logo
logo logo
logo

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləşmob keçirildi - VİDEO

12:25 - 23 Oktyabr 2026

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləşmob keçirildi - VİDEO

27-29 oktyabr tarixlərində Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq” devizi altında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. 


Manset.az xəbər verir ki, oktyabrın 22-də Dənizkənarı Milli Parkda Forumun təşkilati işlərində fəal iştirak edəcək 1500-dən çox könüllünün qatıldığı fləşmob təşkil olunub.

Tədbirin əsas məqsədi gənclərin birliyini, həmrəyliyini və fəallığını nümayiş etdirmək, həmçinin mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və sülh dəyərlərini təşviq edərək bu mesajları geniş auditoriyaya çatdırmaqdır.

Yüksək enerji və komanda ruhu ilə seçilən fləşmob gənclərin ortaq dəyərlər ətrafında birləşməsini nümayiş etdirməklə yanaşı, Forumun ideya və məqsədlərinə də diqqət çəkib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az