Türkiyənin paytaxtı Ankarada qətl hadisəsi baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, lisenziyasız taksi sürücüsü olduğu bildirilən 45 yaşlı Mehmet Özgü keçmiş 44 yaşlı otaq yoldaşı Serkan Yılmazı boğazından və ürəyindən bıçaqlayaraq qətlə yetirib. O, törətdiyi cinayətin görüntülərini sosial media hesabında paylaşıb.
Hadisə gecə saatlarında Altındağ rayonunun Hacı Bayram məhəlləsində qeydə alınıb. Məlumata görə, Mehmet Özgü ilə üç ay əvvələ qədər birlikdə yaşadığı dostu Serkan Yılmaz arasında spirtli içki qəbulu zamanı mübahisə yaranıb.
Daha sonra bir çayxanada yenidən qarşılaşan tərəflər arasраз gərginlik davam edib. Serkan Yılmazın artıq müştəriləri Özgüyə yönləndirməyəcəyini deməsindən sonra cinayətkar silahına əl atıb. O, Yılmaza atəş açmağa çalışarkən səhvən öz ayağından yaralanıb. Bundan sonra isə Özgü Yılmazın boğazını bıçaqla kəsərək ürək nahiyəsinə bıçaq zərbələri endirib.
Serkan Yılmaz aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma aparılır.