“Akutaqava Ədəbiyyat Mükafatı”nın laureatı olan yapon yazıçı Ryu Murakami 74 yaşında vəfat edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Gentosha” nəşriyyatı Ryu Murakaminin vəfatı ilə bağlı açıqlama yayıb.
Açıqlamada 74 yaşlı yazıçının ötən həftə dünyasını dəyişdiyi bildirilib. Həmçinin ailəsinin onun üçün qapalı dəfn mərasimi təşkil etdiyi qeyd olunub.
Cəsarətli əsərləri ilə tanınan yazıçının vəfatından dərin kədər duyulduğu vurğulanıb.