Neftçalada 4 kəndin elektrik şəbəkəsi yenidən qurulur - VİDEO

13:28 - 03 Avqust 2022

Neftçalada 4 kəndin elektrik şəbəkəsi yenidən qurulur - VİDEO

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Neftçalanın Qaraqaşlı, Beştalı,Cəngan,Ərəbqardaşbəyli kəndlərində işlərə başlanılıb. 

 

Manset.az xəbər verir ki, ötən əsrin 60-ci illərindən istismarda olan 4 kəndin elektrik şəbəkəsi tamamilə yenidən, müasir formada qurulacaq.

Hər zaman olduğu kimi “Azərişıq” ASC-nin əsas hədəfi abonent məmnunluğunu təmin etməkdir. Bunun məqsədlə Neftçalanın Qaraqaşlı, Beştalı, Cəngan və Ərəbqardaşbəyli kəndlərində də abonentlər keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq.

Bu kəndlərdən başqa, rayonun Mayak-1, Qırmızı Şəfəq və Yenikənd kəndlərində də tezliklə işlərə start veriləcək.

Xatırladaq ki, investisiya layihəsi regionlarda 100-dən çox kəndi əhatə edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az