Bakıda ağır qəza: “KamAZ” aşdı - VİDEO

14:38 - 03 Avqust 2022

Bakıda ağır qəza: “KamAZ” aşdı - VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, qəzanın görüntüsü sosial şəbəkədə paylaşılıb.

Belə ki, hadisə paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsi ilə Mətbuat prospektinin kəsişməsində qeydə alınıb.

“KamAZ” markalı su maşını kranla toqquşub. Zərbənin təsirindən su maşını aşıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə nəticəsində ölən olmayıb:

“Hadisə yerinə cəlb olunan DYP əməkdaşları ərazidə nəqliyyatın hərəkətini bərpa edib. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Həmin istiqamətdə nəqliyyatın hərəkətində müəyyən sıxlıq yaransa da, artıq qəzanın fəsadları aradan qaldırılıb”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az