Suqovuşanda minalanmış ərazidə yanğın oldu - VİDEO

09:24 - 05 Avqust 2022

Suqovuşanda minalanmış ərazidə yanğın oldu - VİDEO

Tərtər rayonunun Suqovuşan qəsəbəsi ərazisində yanğın baş verib.

 

Manset.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının mina və partlamamış sursat təhlükəsi olan, quru ot və kol-kos ərazidə baş verdiyi məlum olub.

Yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində quru ot və kol-kos sahəsi yanıb. Yanğının ətraf ərazilərə və avtomobil yollarına keçməsinin qarşısı alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az