"Şöhrət" ordenli alimi vəfat etdi - FOTO

08:45 - 09 Avqust 2022

\"Şöhrət\" ordenli alimi vəfat etdi - FOTO

Azərbaycanın tanınmış alimi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Ramin Mahmudzadə vəfat edib.

 

Manset.az xəbər verir ki, R.Mahmudzadə dünən 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, onun Azərbaycanda proqramçıların yetişməsində müstəsna rolu olub. R.Mahmudzadə informatikanın inkişafına töhfələr verib, bu fənn üzrə olimpiada hərəkatının əsasını qoyub.

Respublika üzrə məktəblərarası informatika olimpiadalarının demək olar, hamısında jüri sədri olub. 1989-cu ildən respublikanın informatika üzrə Ümumittifaq olimpiada komandasının rəhbəri, 1994-cü ildən Beynəlxalq olimpiada komandasının rəhbəri olub. 1999-cu ildən Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri idi. R.Mahmudzadənin 80-dən artıq elmi və pedaqoji əməyi çapdan çıxıb.

O, translyasiya üsulları, informatika, alqoritmik dillər fənlərini tədris edib. Alimin tədqiqat sahəsi paralel proqramlaşdırma, proqramlaşdırma dilləri və tədris metodikası olub.

Tanınmış alim 2005-ci ildə Azərbaycan Prezidenti tərəfindən "Şöhrət" ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az