Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin iki nümayəndəsi ehtiyatsızlıqdan ağır yaralanıb.
Manset.az Report-a istinadla xəbər verir ki, bu barədə Xankəndidəki qondarma rejimin tör-töküntüləri məlumat yayıb.
Qeyd olunur ki, avqustun 8-də silahdan (partlayıcıdan) istifadə qaydalarının pozulması nəticəsində Qurgen Danielyan və Artur Aruşanyan xəsarət alıblar.
Yaralıların vəziyyəti ağır olaraq qiymətləndirilir.