Bağçalara işə qəbul üzrə müsabiqənin qiymətləndirmə çərçivəsi hazırlandı

18:29 - 09 Avqust 2022

Bağçalara işə qəbul üzrə müsabiqənin qiymətləndirmə çərçivəsi hazırlandı

2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin qiymətləndirmə çərçivəsini müəyyən edən sənədlər toplusu hazırlanıb.

Bu barədə Manset.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sənədlər toplusu məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub. Məlumat kitabçasında namizədlərin müsabiqəyə hazırlığına kömək məqsədilə müxtəlif fənlər üzrə əsas mövzular verilib. Çərçivə sənədi ilə Təhsil İnstitutunun saytında tanış olmaq mümkündür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az