İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi BAŞLADI

21:31 - 09 Avqust 2022

İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi BAŞLADI

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi başlayıb.

Manset.az report-a istinadən xəbər verir ki, tədbir başlamamışdan əvvəl türk qırıcıları Konya Böyükşəhər Bələdiyyəsi Stadionunun üzərində nümunəvi uçuşlar həyata keçirərək, məharətlərini göstəriblər.

Tədbir isə Livan əsilli isveçli müğənni Maher Zeynin konsert proqramı ilə başlayıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 200 idmançı yarışır. Avqustun 18-dək davam edəcək İslamiadada Azərbaycanın ümumilikdə 281 idmançısı qüvvəsini sınayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az