Daha bir vəzifəli şəxs işdən çıxarıldı - FOTO

18:45 - 11 Avqust 2022

Daha bir vəzifəli şəxs işdən çıxarıldı - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnsan resursları sektorunun müdiri Fuad Əsgərov vəzifəsindən azad edilib.

BŞTİ-dən  bildirilib ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Əsgərov Fuad Cavanşir oğlu ilə bağlanmış əmək müqaviləsinə 29 iyul 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən xitam verilib.

Manset.az APA-ya istinadən xəbər verir ki, İnsan resursları sektorunun müdiri vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti olaraq BŞTİ-nin əməkdaşına həvalə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az