Bu il neçə üçəm doğulub? - AÇIQLAMA

11:57 - 12 Avqust 2022

Bu il neçə üçəm doğulub? - AÇIQLAMA

Bu ilin ilk 6 ayı ərzində Azərbaycanda qeydə alınan doğum və ölüm sayı açıqlanıb.

 

Manset.az xəbər verir ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında ölkə üzrə 61234 doğulan körpə qeydə alınıb. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,3-dən 12,3-ə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,7 faiz, qızların xüsusi çəkisi isə 47,3 faiz təşkil edib.  Körpələr arasında əkiz doğulanların sayı 1726, üçəm doğulanların sayı isə 87 nəfər olub. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az