Tozlu hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

19:14 - 12 Avqust 2022

Tozlu hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

Avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə edilən məlumata əsasən  Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova  bildirib ki, buna səbəb cənub-şərq istiqamətli hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır. 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir.

G.Məmmədovanın sözlərinə görə dispers toz hissəcikləri Xətai rayonunda 2.6,  Nizami rayonunda 2.5 , Səbail rayonunda 2.7 dəfə normadan yüksək qeydə alınıb. 

"Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti yaxın 2 gün ərzində davam edəcək".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az