Meşə yanğınlarında vətəndaşlara dəymiş ziyan ödəniləcək

12:57 - 26 Avqust 2022

Meşə yanğınlarında vətəndaşlara dəymiş ziyan ödəniləcək

Yanğın zamanı 3 ev və 10 təsərrüfata qismən ziyan dəyib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
O bildirib ki, hazırda bu prosesdə hesablamalar aparılır. Hesablamalardan sonra vətəndaşlara dəymiş ziyan tam müəyyənləşəcək və ödəniləcək.

"Yanğının ən təhlükəlisi Şabran ərazisində yaranmışdı. Orada neft quyuları var və təhlükə o ərazilərdə daha çox idi. Biz Dövlət Neft Şirkəti ilə birlikdə bu təhlükənin qarşısını ala bildik",-nazir müavini deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az