Prokuror Elmar Vəliyevin qardaşına qarşı dələduzluqda ittiham olunan şəxsə 12 il cəza istədi

14:35 - 26 Avqust 2022

Prokuror Elmar Vəliyevin qardaşına qarşı dələduzluqda ittiham olunan şəxsə 12 il cəza istədi

Prokuror Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı 580 min dollarlıq dələduzluq etməkdə ittiham olunan Cəfər Əliyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Manset.az "Report”a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Məhkəmənin növbəti iclası sentyabrın 9-na təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə Şahmar Vəliyevdən əlavə, dörd zərərçəkmiş şəxs var. İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır. Cəfər Əliyev barəsində Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) cinayət işi başlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az