Tramp 11 mart tarixində G7 liderləri ilə keçirilən onlayn görüşdə İranla bağlı dəyərləndirmələr edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın həftə ərzində G7 liderləri ilə keçirilən onlayn görüşündə tərəfdaşlarına "İranın təslim olmaq üzrə olduğunu" - söylədiyi iddia edilib.
Tramp liderlərə "İran təslim olmaq üzrədir" deyərək ölkədə təslimiyyət qərarını verə biləcək heç bir səlahiyyətli şəxsin qalmadığını müdafiə edib.
ABŞ Prezidenti, "Hepimizi təhdid edən bir "xərçəng"dən qurtuldum. Lider kimdir bunu heç kim bilmir, buna görə də təslimiyyət elan edə biləcək heç kəs yoxdur" - ifadələrini işlədib.