Laçın şəhəri, Zabux və Sus Kəndləri Azərbaycan ordusunun nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dərhal "AzərEnerji" ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş kalonlarla əraziyə daxil olub.
Bu barədə Manset.az-a "AzərEnerji"dən məlumat verilib. Məlumata görə, məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır:
"Artıq mina təmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb".
