Mərkəzi Bankda onlayn növbə sistemi yaradıldı

19:28 - 26 Avqust 2022

Mərkəzi Bankda onlayn növbə sistemi yaradıldı

Azərbaycan Mərkəzi Bankında vətəndaş qəbulu üçün növbənin qurumun inzibati binasına gəlmədən müvafiq internet səhifəsi vasitəsilə onlayn şəkildə əldə edilməsi imkanı yaradılıb.

Manset.az xəbər verir ki, bu haqda AMB məlumat yayıb.

Bildirilib ki, təqdim olunan rəqəmsal xidmətdən faydalanmaq üçün vətəndaşlar Mərkəzi Bankın rəsmi internet səhifəsindəki “Elektron xidmətlər portalı” vasitəsilə və ya //randevu.e-cbar.az/home səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər.

Onlayn növbənin əldə edilməsi ilə bağlı hər hansı bir sual yarandığı təqdirdə vətəndaşlar Mərkəzi Bankın “966” Qaynar xəttinə müraciət edə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az