Laçın şəhəri, Zabux və Susda tələ minaların aşkarlanmasına başlanıldı - FOTO

11:37 - 29 Avqust 2022

Laçın şəhəri, Zabux və Susda tələ minaların aşkarlanmasına başlanıldı - FOTO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar icra edilir.

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən bildirilib.

Həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir.

Yaşayış məntəqələrində əsas səylər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, kombinə edilərək kustar üsulla hazırlanan partlayıcıların və tələ minaların aşkar olunaraq zərərsizləşdirilməsinə yönəldilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az