"Bunu yazanı tapmışam..." - Amaşovdan istefa xəbərinə SƏRT REAKSİYA

13:35 - 29 Avqust 2022

\"Bunu yazanı tapmışam...\" - Amaşovdan istefa xəbərinə SƏRT REAKSİYA

Bu gün mediada Mətbuat Şurasının sədri Əflatun Amaşovun istefa verəcəyi ilə bağlı xəbərlər yayılıb.

 

Manset.az xəbər verir ki, “Facebook” hesabında məsələyə toxunan Əflatun Amaşov istefa ərizəsi yazmadığını və hazırda işinin başında olduğunu qeyd edib:

“Kimlərsə orda-burda deyib ki, mən Mətbuat Şurası sədrliyindən istefa ərizəsi yazmışam. Bunu mənim fikrimi öyrənmədən yazanlar da tapılıb. Bəri başdan bildirim ki, yazılanlar və deyilənlər şayiədir. İstefa verməmişəm, istefa vermək fikrim də yoxdur. Hazırda işimin başındayam.

Bəli, Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə əsasən 4 ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməlidir. Axırıncı Ali Məclis 2018-ci ildə baş tutub. Deməli, 2022-ci ildə də təşkil olunmalıdır.

Bununla bağlı qərarı, yəni qurultayın keçirilməsi üzrə Nizamnamə prosedurunun reallaşdırılması qərarını Şuranın İdarə Heyəti verməlidir. Qurultayda Şuranın İdarə Heyəti üzvlüyünə və sədrliyə yenidən namizədliyimi irəli sürüb-sürməmək qərarını isə mən verməliyəm. Tövsiyə edirəm ki, kimsə buna görə narahatlıq keçirib hadisələri qabaqlamaq niyyətinə düşməsin. Belə bir niyyətə düşmək ən azından etikasızlıqdır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az