Xətai rayonundakı yanğınla bağlı AÇIQLAMA

22:15 - 05 Sentyabr 2022

Xətai rayonundakı yanğınla bağlı AÇIQLAMA

"Bakı şəhəri Xətai rayonu icra şöbəsinin inzibati binasında yanğına dair yayılan xəbərlərlə bağlı bildiririk ki, yanğın nazirliyimizin həmin qurumunun binasında deyil, qonşuluqdakı çay evində baş verib".

Manset.az xəbər verir ki, bunu "Qafqazinfo"ya Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.

"Yanğın Xətai rayonu icra şöbəsinə keçməyib. Hal-hazırda yanğın söndürülüb. Xəsarət alan yoxdur", - deyə A.Sabitova qeyd edib. 

Xatırladaq ki, bəzi KİV orqanlarında Bakıda Xətai rayonu, M.Hadi küçəsindəki yanğının Ədliyyə Nazirliyinin icra şöbəsinin inzibatı binasında baş verdiyi yazılmışdı. 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az