"Səni axtarıram" yenidən EFİRDƏ - Bu dəfə fərqli saatda-VİDEO

14:03 - 08 Sentyabr 2022

\"Səni axtarıram\" yenidən EFİRDƏ - Bu dəfə fərqli saatda-VİDEO

Qısa yay fasiləsindən sonra məşhur "Səni axtarıram" verilişi yenidən geri dönür.

 

Manset.az xəbər verir ki, ARB telekanalında yayımlanan və Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının aparıcılığını etdiyi proqram hər həftənin 5 günü fərqli saaatda, bu dəfə 15:00-da efirdə olacaq. Tamaşaçıların həyəcanla izlədiyi məşhur veriliş yeni anonsu ilə də diqqət çəkib. İzləyicilər pqoqramda olan axtarışları, cinayət hadisələri ilə bağlı açılan məsələləri səbirsizliklə gözləyir.

 

Qeyd edək ki, "Səni axtarıram" ötən sezon hər həftənin 5 günü saat 16:00-da canlı yayımlanırdı. Bu sezon isə verilişin yayıma başlama saatı dəyişdirilərək hər həftənin 5 günü, canlı yayımla saat 15:00-da efirdə olacaq.

Onu da bildirək ki, "Səni axtarıram" artıq 13 ildir yayımlanır. Bu Azərbaycanda ən uzun ömürlü sosial-axtarış proqramıdır.

 

 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az