Bakının mərkəzindəki məşhur restoranda ÖLÜM

15:48 - 27 Sentyabr 2022

Bakının mərkəzindəki məşhur restoranda ÖLÜM

Bakının mərkəzində - “Tarqovıy” adlanan ərazidə yerləşən “Dolma” restoranında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən restoranda Gürcüstan vətəndaşı, 1991-ci il təvəllüdlü Rafiq Yasin oğlu Abdullayev qəfil vəfat edib. Onun restoranda təmir işləri görərkən elektrik cərəyanının vurması nəticəsində ölməsi müəyyən edilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az