Azərbaycan Ordusundan Qarabağdakı erməni təxribatçılara XƏBƏRDARLIQ: “Dəmir yumruq” yerindədir”

11:50 - 10 Oktyabr 2022

Azərbaycan Ordusundan Qarabağdakı erməni təxribatçılara XƏBƏRDARLIQ: “Dəmir yumruq” yerindədir”

“Azərbaycan Ordusu Ermənistanın, hər hansı dövlətin suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı hər hansı təhdidinə qətiyyətlə cavab verməyə hər an hazırdır”.

 

Manset.az report-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.

“Hər kəs bilsin ki, “Dəmir yumruq” yerindədir. Ərazilərimizdə yaşayan ermənilər də əgər Azərbaycan dövlətinin vətəndaşlığını qəbul edib, yaşamaq istəyirələrsə, bundan sonra hər hansı təxribat törətməsinlər, bizi əsəbləşdirməsinlər. Əgər belə hal olacaqsa, Azərbaycan Ordusunun qətiyyətli reaksiyasını görəcəklər”, - MN rəsmisi qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az