logo
logo logo
logo

"Qalatasaray"da Osimhenlə bağlı mühüm qərar

16:03 - 12 Avqust 2026

\"Qalatasaray\"da Osimhenlə bağlı mühüm qərar

Türkiyə Super Liqasında yeni mövsümün başlamasına az vaxt qalmış transfer bazarında diqqətçəkən iddia ortaya çıxıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Al-Hilal” klubu “Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimhenlə maraqlanır.

Məlumata görə, Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edən klub Osimhenin vəziyyətini müzakirə etmək üçün “Qalatasaray” rəhbərliyi ilə birbaşa əlaqə saxlayıb.

Məlumata görə, klubun prezidenti Dursun Özbek və klub rəhbərliyi nigeriyalı hücumçunun mümkün transferinə tamamilə qarşı deyil. İddialara əsasən, İstanbul təmsilçisinin 65 milyon avrodan artıq təklif qarşılığında Osimhenin satılmasına razılıq verə biləcəyi bildirilir.

“Al-Hilal”ın hücum xəttində dəyişikliklərə hazırlaşdığı da qeyd olunur. Səudiyyə klubunun uruqvaylı hücumçu Darvin Nunesi “Trabzonspor”a göndərməyə hazırlaşdığı və bu səbəbdən Osimheni onun mümkün əvəzləyicilərindən biri kimi nəzərdən keçirdiyi iddia edilir.

Osimhenin taleyi ilə bağlı danışıqların yaxın günlərdə transfer bazarında əsas mövzulardan birinə çevriləcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az