Toy üçün danışdıqları restoranda yas keçirdilər... - FOTOLAR

08:55 - 12 Oktyabr 2022

Toy üçün danışdıqları restoranda yas keçirdilər... - FOTOLAR

Bu ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Nəcəfzadə Hüseyn Abbasqulu oğlunun ötən gün toyu keçirilməli idi.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin ailə üzvləri, o cümlədən nişanlısı ötən gün toy üçün danışılan restoranda bir araya gələrək Hüseyn Nəcəfzadəni anıblar.

Qeyd edək ki, H.Nəcəzafzadənin atası toy üçün şadlıq sarayı danışıb qayıdanda oğlunun şəhid xəbərini eşidib. Şəhid baş leytenant Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az