Bakıda 3 avtomobil toqquşdu - xəsarət alan var (VİDEO)

09:19 - 12 Oktyabr 2022

Bakıda 3 avtomobil toqquşdu - xəsarət alan var (VİDEO)

Bakının Nərimanov rayonunda üç avtomobil toqquşub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “AzSamand” markalı avtomobil yeraltı keçiddə yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan “KIA” markalı maşına çırpılıb. “KIA” zərbənin gücündən “BMW” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “AzSamand” markalı avtomobildə olan bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az