"Gəncə terroru ilə bağlı hərbi siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub" - Kamran Əliyev

09:35 - 12 Oktyabr 2022

\"Gəncə terroru ilə bağlı hərbi siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub\" - Kamran Əliyev

“Gəncə terroru ilə bağlı Azərbaycan Baş Prokurorluğunda 3 cinayət işi başlanılıb, bu hərbi siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub”.

 

Manset.az “Report”a  istinadən xəbər verir ki, bunu Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, həmin şəxslər beynəlxalq axtarışa verilib:

“Hesab edirəm ki, biz onları hər yerdə, harada olduqlarından aslı olmayaraq, daim təqib edəcəyik. Həmin şəxslərin gec-tez məsuliyyətə cəlb edilməsinə nail olacağıq. Mən buna inanıram”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az