Ağstafada məktəblini maşınla vuraraq öldürən sürücü divizion komandiridir

10:27 - 12 Oktyabr 2022

Ağstafada məktəblini maşınla vuraraq öldürən sürücü divizion komandiridir

Ötən gün Ağstafa rayonunun Poylu kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxs divizion komandiri imiş.

 

Manset.az-ın Oxu.az-a istinadən məlumatına görə, 1988-ci il təvəllüdlü Bəhruz Məmmədov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə rayon ərazisində yolu qarşı tərəfə keçmək istəyən piyada, 2006-ci il təvəllüdlü N.Orucovu vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, B.Məmmədov həmin rayonda N saylı hərbi hissədə divizion komandiridir. 

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az