Dünya Disleksiya Fərqindəlik Günü Bakıda qeyd edildi - Fotolar

10:34 - 12 Oktyabr 2022

Dünya Disleksiya Fərqindəlik Günü Bakıda qeyd edildi - Fotolar

8 Oktyabr Dünya Disleksiya Fərqindəlik Günü ilə əlaqədar Azərbaycanda TM Uşaq İnkişaf Mərkəzi və Disleksiya Mərkəzi TM-in təşəbbüsü ilə Disleksiya Fərqindəlik Günü tədbiri keçirilib.

 

Manset.az xəbər verir ki, 300 nəfərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə uşaq nevroloqu, klinik psixoloq, uşaq psixoloqu çıxış edərək, öz sahələri üzrə disleksiyadan geniş məlumat veriblər. Məruzə və çıxışlardan sonra maraq doğuran suallar ətraflı cavablandırılıb, disleksiyaya dair hədiyyələr təqdim edilib.

Qeyd edək ki, disleksiya beyin qabığının zədələnməsi nəticəsində oxumaq (qiraət) qabiliyyətinin itməsidir.

 

 

 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az