Ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırıldı

17:29 - 13 Oktyabr 2022

Ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırıldı

Astara rayonu, Təngərüd meşəbəyliyinin 6 saylı dolayında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, əraziyə keçirilən baxış zamanı ərazidə vələs və palıd ağacının kəsildiyi, bir neçə ağacın isə zədələndiyi müəyyən edilib.

“Araşdırma zamanı ağacların Astara rayon sakini Nemət Nəzərov tərəfindən kəsildiyi və zədələndiyi məlum olub. Faktla bağlı akt, protokol tərtib olunub və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az