Bakıda nəqliyyat sahəsində problemlərə dair Tədbirlər Planının layihəsi hazırlandı

10:49 - 15 Oktyabr 2022

Bakıda nəqliyyat sahəsində problemlərə dair Tədbirlər Planının layihəsi hazırlandı

Bakı şəhərində avtomobil nəqliyyatı sahəsində mövcud olan və qısa müddət ərzində həlli mümkün sayılan problemlərə dair Tədbirlər Planının ilkin layihəsi hazırlanıb.

Manset.az  xəbər verir ki, layihə Baş nazir Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair işçi müşavirədə müzakirə edilib.

Tədbirlər Palnına yolların buraxılış imkanlarının artırılması, ictimai nəqliyyatın daşıma potensialının genişləndirilməsi, yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi və başqa məsələlər daxildir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az