İcra başçısı hakim qarşısına çıxarıldı - FOTO

12:16 - 15 Oktyabr 2022

İcra başçısı hakim qarşısına çıxarıldı - FOTO

Həbsdə olan Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov barəsindəki istintaq yekunlaşıb.

 

Manset.az xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən sabiq məmurla bağlı toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 10-a təyin olunub.

Qeyd edək ki, Alimpaşa Məmmədov vaxtilə oliqarx məmurlardan hesab olunub. Ötən ilin aprelində DTX Xidməti tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiaham olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az