Etiraza səbəb olan “Vaz” dairəsi genişləndirildi - VİDEO

17:14 - 15 Oktyabr 2022

Etiraza səbəb olan “Vaz” dairəsi genişləndirildi - VİDEO

Xəbər verdiyimiz kimi, Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri paytaxtın mərkəzindən təhsil aldıqları universitetə gələn yeganə marşrut xətti olan 199 saylı avtobusların yolunun bağlanması ilə bağlı ötən ay müraciət yaymışdılar.

Manset.az xəbər verir ki, tələbələr “Vaz” adı ilə tanınan dairənin tamamilə bağlanması səbəbindən avtobusların universitetin qarşısına gələ bilmədiyini, buna görə hər gün əlavə yarım saat vaxt itirdiklərini bildirmişdilər. Artıq həmin ərazidə nəqliyyatın rahat hərəkəti üçün geriyədönmə işləri aparılır.

Belə ki, “Vaz” dairəsində ümumi 1400 metrlik ərazi genişləndirilərək avtobusların rahat hərəkəti təmin olunacaq. Sürücülər yaxın məsafədən geridönmə edə biləcəklər. 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az