Sürücülərin DİQQƏTİNƏ! - Bakıda aeroporta giriş qaydaları dəyişdi

14:39 - 19 Oktyabr 2022

Sürücülərin DİQQƏTİNƏ! - Bakıda aeroporta giriş qaydaları dəyişdi

Bakı hava limanına avtomobillərin girişinə görə ödəniş edilməsi qaydası dəyişib.

 

Manset.az xəbər verir ki, artıq hava limanına daxil olarkən ilk 15 dəqiqə üçün ödəniş tələb edilməyəcək. Avtomobil hava limanı ərazisində 15 dəqiqədən artıq qaldığı halda, ödəniş hesablanacaq.

Qeyd edək ki, indiyədək olan qaydalara əsasən hava limanına istənidən müddətdə giriş üçün ödəniş tələb olunurdu. Bu da avtomobil sahiblərinin narazılığına səbəb olurdu, çünki dünyanın heç bir yerində sadəcə hava limanı ərazisinə daxil olmaq üçün (parkinqdən istifadə etməməklə) ödəniş tutulmur. Bu mənada yeni qaydadan xüsusilə taksi xidməti göstərən avtomobillər faydalana biləcək.

Paralel olaraq hava limanı ərazisində parkinq üçün yeni qiymətlər də açıqlanıb. Bu qiymətlərə əsasən ödəniş 0-2 saat üçün 1 manat, 2-4 saat üçün 2 manat, 4-6 saat üçün 3 manat, 6-12 saat üçün 4 manat, 12-24 saat üçün isə 5 manat nəzərdə tutulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az