Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 828 vaksin vurulub.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 220, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 175, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 382 pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 51 nəfərdir.