Bakıda müəllim şagirdə şillə vurdu - valideyn polisə verdi

16:23 - 21 Oktyabr 2022

Bakıda müəllim şagirdə şillə vurdu - valideyn polisə verdi

Bakıda valideyn övladına müəllim tərəfindən şillə vurulmasını bildirərək polisə müraciət edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binə qəsəbə sakini, 1992-ci il təvəllüdlü ana 3-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, 218 saylı məktəbdə müəllim işləyən Təranə Mürsəlova (şərti) 2008-ci təvəllüdlü oğluna şillə vurub.

O, müəllimin dərs vaxtı oğluna zərbə endirdiyini əlavə edib və hadisənin araşdırılaraq tədbir görülməsini xahiş edib.

Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az