İsrailin ölkəmizdəki səfiri Corc Dik Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı qərarına dair daha bir paylaşım edib.
Manset.az xəbər verir ki, səfir öz izləyiciləri arasında sorğu təşkil edib və onlardan Azərbaycanın milli yeməklərindən birinə səs verməyi istəyib.
“Azərbaycanın İsraildə səfirlik açması barədə qərarını Azərbaycanın milli yeməyi ilə qeyd etmək qərarına gəldik, lakin yeməyin hansı olmasına qərar verə bilmədik. Bizim əvəzimizə bu yeməyin hansı olacağına siz qərar verəcəksiniz”, - deyə səfir paylaşımında qeyd edib.
We decided to celebrate the decision to open an embassy of Azerbaijan in Israel with a traditional Azerbaijani dish, but we can't agree on which one 😋 So you will decide for us, which one should it be?
— George Deek (@GeorgeDeek) November 21, 2022
Sözügedən paylaşım izləyicilər arasında maraqla qarşılanıb. Sorğu 23 saatdan sonra başa çatacaq.