Pezeşkian dünyaya müraciət etdi

10:18 - 20 Mart 2026

Pezeşkian dünyaya müraciət etdi

İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin ölkəsinə qarşı törətdiyi cinayətlər barədə xəbərdarlıq edən bir mesaj yayımlayıb.


Manset.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bunu 20 martda X sosial media platformasında bildirib.

"ABŞ-ın İrana qarşı təcavüzü və Ali Liderin öldürülməsi beynəlxalq mübahisələrdə qlobal hüquq normalarını məhv edəcək yeni bir presedent yaradır. Əgər dünya möhkəm dayanmasa, onun alovu çoxlarını yandıracaq", - deyə o bildirib.

Pezeşkian əlavə edib ki, əgər beynəlxalq ictimaiyyət bu gərginliyin artmasına qəti şəkildə qarşı çıxmasa, "bu od-alov çoxlarını yandıracaq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az