Balıqçılar cərimələndi - FOTOLAR

11:45 - 24 Dekabr 2022

Balıqçılar cərimələndi - FOTOLAR

Bakı şəhəri, Səbail rayonunun Bibiheybət qəsəbəsi, Qaradağ rayonunun Sahil qəsəbəsi, Neftçala rayonunun Şirvanlı, Sahiloba kəndləri və Siyəzən rayonunun Zarat, Balaca Həmyə kəndlərində Xəzər dənizinin sahilboyu ərazilərində keçirilmiş nəzarət tədbirləri zamanı ümumilikdə 59 asma mühərrikli qayıq saxlanılaraq, həmin nəqliyyat vasitələrinin texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət tədbirləri nəticəsində kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini (sürücülük hüququ olmadan kiçikhəcmli gəmilərin istismarı, xilasetmə və digər təchizat avadanlıqları olmadan qayıqlardan istifadə, bort nömrəsinin olmaması) pozan 17 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.

Eyni zamanda, gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi izah olunaraq, onlarla maarifləndirici söhbətlər də aparılıb.





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az