“Arsenal”ın futbolçusu Qabriel Martinelli “Qalatasaray”a keçməkdə maraqlı deyil.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçunun nümayəndələri London klubuna onun karyerasını Türkiyədə davam etdirmək variantını nəzərdən keçirmədiyini bildiriblər. Daha əvvəl “Qalatasaray”ın Martinelli üçün 45 milyon avro təklif etdiyi xəbəri yayılmışdı.
“Arsenal” sərfəli təklif gələrsə, futbolçunu satmağa hazırdır. Lakin cinah oyunçusu klubdan ayrılmaqda israrlı deyil. Onun müqaviləsi 2027-ci ilin yayına qədərdir və anlaşmada daha bir illik uzatma imkanı da nəzərdə tutulub. Yeni müqavilə ilə bağlı isə hələlik danışıqlar aparılmayıb.
Martinelli 2019-cu ildən “Arsenal”da çıxış edir. O, bu müddətdə 278 oyunda 62 qol vurub.