logo
logo logo
logo

 YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olundu - FOTOLAR 

10:40 - 17 Oktyabr 2026

 YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olundu - FOTOLAR 

Oktyabrın 16-da Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin, eləcə də qarşıdakı dövr üzrə strateji prioritetlərin müzakirəsinə həsr olunan “Dövlətçilik irsindən dayanıqlı gələcəyə: Böyük Qayıdış və yeni şəhərlər” mövzusunda müşavirə keçirilib.


Manset.az xəbər verir ki, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq, əziz xatirəsi ehtiramla anılıb.

Müşavirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən Komitə sədri Anar Quliyev YAP-ın VIII Qurultayının əhəmiyyətinə toxunub. O, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl davam etdirildiyini vurğulayıb. Ölkədə həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələrindən bəhs edən Komitə sədri onların ərazilərin kompleks inkişafına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini bildirib. Komitə sədrinin çıxışında dövlətçilik irsinin müasir inkişaf hədəfləri ilə uzlaşdırılmasının, şəhərsalma və memarlıq sahəsində həyata keçirilən siyasətin konkret nəticələrlə möhkəmləndirilməsinin, eləcə də “Böyük Qayıdış” prosesinin uğurla davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə yanaşı, ölkənin bütün regionlarının inkişafına və paytaxtın müasir memarlıq simasının formalaşdırılmasına xüsusi diqqət yetirildiyini qeyd edib. Bu baxımdan Anar Quliyev 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin dövlətin bu sahəyə göstərdiyi diqqəti və şəhərsalma siyasətinin Azərbaycanın dayanıqlı inkişafındakı strateji rolunu əks etdirdiyini vurğulayıb.

Müşavirədə Milli Məclisin deputatı, YAP-ın üzvü Məlahət İbrahimqızı və partiyanın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov da çıxış ediblər. Onlar dövlətçilik ənənələrinin davamlılığı, milli birliyin möhkəmləndirilməsi, YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolu və VIII Qurultayda müəyyən edilmiş strateji istiqamətlər, həmçinin ölkənin davamlı inkişafında şəhərsalmanın rolu, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin strateji əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Komitənin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov işğaldan azad edilmiş ərazilərdə Baş planlar əsasında şəhər və yaşayış məntəqələrinin yeni memarlıq-şəhərsalma simasının formalaşdırılması, müasir yaşayış məhəllələrinin salınması, abadlaşdırılmış ictimai məkanların yaradılması, sosial və mühəndis-nəqliyyat infrastrukturunun inkişafı barədə məlumat verib. Təqdimatda 47 yaşayış məntəqəsində 100 minə yaxın insanın yaşadığı, işlədiyi və təhsil aldığı bu ərazilərdə dayanıqlı şəhərsalma prinsiplərinin tətbiqi, müasir infrastrukturun inkişafı və əhalinin doğma torpaqlarına qayıdışı üçün rahat yaşayış mühitinin yaradılması istiqamətində görülən işlərdən bəhs olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az