TikTok stifadəçilərinin DİQQƏTİNƏ! Şəxsi məlumatlara qeyri-qanuni giriş oldu

23:20 - 24 Dekabr 2022

TikTok stifadəçilərinin DİQQƏTİNƏ! Şəxsi məlumatlara qeyri-qanuni giriş oldu

Məşhur TikTok tətbiqinin Çin ana şirkəti olan “ByteDance” bəzi işçilərinin istifadəçi hesablarından şəxsi məlumatlara icazəsiz giriş əldə etdiyini bildirib.

 

Manset.az sfera.az-a istinadən  bildirir ki, daxili istintaq hərəkətləri üçüncü tərəfin hüquq firması tərəfindən həyata keçirilib. Bu hadisə ilə bağlı araşdırmanın nəticələri cümə ötən gün məlum olub.

Sənədə əsasən “ByteDance”əməkdaşlarının iki jurnalistinin İP ünvanları və şəxsi məlumatları barədə məlumatı olub. Onlar bəzi media abunəçilərinin hesablarına da giriş əldə ediblər.

Qurbanlar “BuzzFeed”in müxbiri Emili Beyker-Uayt və “Financial Times”ın jurnalisti Kristina Kridl olub. Şirkət digər qurbanların adlarını açıqlamayıb.

Dörd əməkdaş sosial şəbəkə istifadəçilərinin məxfi məlumatlarına icazəsiz daxil olmaqda şübhəli bilinir. İki şübhəli Çin, daha ikisi isə şirkətin ABŞ filialının işçisi olub.

“ByteDance” onların hamısının artıq işdən qovulduğunu bildirib.

Qeyd edək ki, TikTok təxminən 100 milyon təkcə ABŞ istifadəçisi olan proqramıdır.
Xatırladaq ki, 2022-ci ilin avqustunda Britaniya parlamenti Çinin nəzarətindən qorxaraq TikTok hesabını bağlamışdı. Britaniya siyasətçiləri sosial şəbəkədən Çin hakimiyyətinin heç bir şəxsi məlumat almadığına dair etibarlı təminat tələb edib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az