Bakıda 30 yaşlı qadını şantaj etdi - 100 manatını aldı

15:20 - 28 Dekabr 2022

Bakıda 30 yaşlı qadını şantaj etdi - 100 manatını aldı

Bakıda şantaj edildiyini bildirən qadın polisə müraciət edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xırdalan şəhər sakini, 1992-ci il təvəllüdlü A.Eyniyeva DİN-in “102” xidmətinə zəng edərək Nahid adlı şəxsin onun sosial şəbəkə səhifəsindən fotolarını ələ keçirdiyini bildirib. Şikayətçi həmin şəxsin görüntüləri yayacağı hədəsi ilə ondan kartına 100 manat ödəməsini bildirdiyini və məcburiyyət qarşısında həmin vəsaiti yüklədiyini əlavə edib.

Müraciətlə bağlı Yasamal RPİ-nin 28-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az