logo
logo logo
logo

“Yıxılıb ölsəm, ev göydə qalacaq” - Sakinlərin çıxarış dərdi - VİDEO

22:21 - 16 Avqust 2026

“Yıxılıb ölsəm, ev göydə qalacaq” - Sakinlərin çıxarış dərdi - VİDEO

Binəqədi rayonunun 9-cu mikrorayonunda, Mir Cəlal küçəsində yerləşən binanın sakinləri illərdir mənzillərinə çıxarış ala bilmədiklərini iddia edirlər.


Manset.az Baku TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, mənzillərini illər əvvəl alsalar da, kommunal xidmətlərlə bağlı bəzi sənədlər də onların adına rəsmiləşdirilməyib.

“2016-cı ildə aldığım obyektdir. Hər dəfə deyirlər ki, bir-iki aya həll olunacaq. Üç ildir söz verirlər, amma əməl etmirlər”, – deyə sakinlərdən biri qeyd edib.

Digər sakin isə qarajda avtomobillərini saxlaya bilmədiklərini deyib.

Onun sözlərinə görə, binadakı mənzillərin sayı ilə qarajda nəzərdə tutulan avtomobil yerlərinin sayı təxminən eynidir.

Lakin iddiaya görə, həmin yerlərdən digər şəxslər də istifadə edir.

“Biz öz maşınımızı qarajda saxlaya bilmirik. Komendant o biri binanın sakinlərinə pul qarşılığında yer verir, bizə də deyir ki, yer yoxdur. Çıxarış olmadığı üçün də yolda maşın saxlaya bilmirik. Yaşadığımızı sübut edə bilmirik. Mən sabah yıxılıb ölsəm, bu ev göydə qalacaq, MTK-nın adınadır da”, – deyə sakin əlavə edib.

Daha ətraflı süjetdə:



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az