logo
logo logo
logo

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

22:15 - 15 Oktyabr 2026

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Xəbər verdiyimiz kimi, ötən il ürək transplantasiyası edilən Tovuz sakini 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev vəfat edib.


Manset.az xəbər verir ki, onun anası Fəridə Hüseynova hadisə barədə danışıb.

“Yolda su içmək istəyib. Deyəsən təzyiqi qalxıb. Yıxılıb başı betona dəyib. Rəşadın ürəyində heç bir problem olmayıb. Şəkəri, təzyiqi var idi. Əcəl onu başqa şeydən apardı. Ürəyi gül kimi idi”, - deyə o əlavə edib.

Əmisi isə bildirib ki, Bakıda əməliyyatın il dönümün qeyd edəcəkdilər:

“Təəssüflər olsun ki, yetişə bilmədi. Bizim üçün çox böyük itkidir. Arzularımız çox idi, Rəşad yarımçıq qoydu. Hərbi xidmətdə də olmuşdu. Xəstəliklə əlaqədar yarımçıq təxris olunmuşdu”.

Daha ətraflı “Baku TV”nin süjetində:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az