14–27 oktyabr 2026-cı il
tarixlərində Birbank Invest tətbiqi üzərindən “EmbaFinans” BOKT
QSC-nin istiqrazlarına abunə yazılışı keçirilir.
İstiqrazların illik faiz dərəcəsi
13%, nominal dəyəri 10 AZN, tədavül müddəti isə 12 aydır. Faiz ödənişləri
rüblük həyata keçiriləcək. İstiqrazlar sənədsiz, adlı, faizli və təmin
edilməmiş formada buraxılır.
Abunə yazılışı müddətində
istifadəçilər Birbank Invest tətbiqi vasitəsilə “EmbaFinans” BOKT
QSC-nin istiqrazlarını əldə etmək üçün müraciət edə bilərlər.
Qeyd edək
ki, Birbank Invest Kapital Bank-ın əmtəə nişanıdır. Tətbiq
həm investisiya sahəsində ilk addımlarını atan, həm də
təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına rahat,
sürətli və təhlükəsiz çıxış imkanı yaradır. Xidmət “PAŞA Kapital
İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunur.