Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən “Kontakt”
ad günü ərəfəsində onlayn alış-veriş platforması olan kontakt.az saytını
yeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır.
Bu, kontakt.az-ın indiyədək ən böyük yenilənməsidir. Müştərilərin saytdan
necə istifadə etdiyi araşdırılıb, sorğular və testlər keçirilib. Alış prosesi
başdan sona yenidən qurulub. Dəyişikliklər dünyada onlayn alış-verişin inkişaf
istiqamətlərinə uyğun hazırlanıb. Kontakt.az həm telefonda, həm də kompüterdə
rahat istifadə olunur.
Yeni menyu axtarılan məhsulu tapmağı asanlaşdırır. Video icmallar məhsulla yaxından tanış olmağa və seçim etməyə kömək edir. Əsas xüsusiyyətlər, qiymət və hissəli ödəniş şərtləri aydın göstərilir. Modelləri və taksit kartlarının təkliflərini müqayisə etmək mümkündür. Məhsulun hansı mağazada olduğu və sifarişin haradan götürülə biləcəyi də görünür.
“Kontakt”ın baş direktoru Həsən İsrafilzadə bildirir:
“Azərbaycanda onlayn alış-veriş böyüyür və “Kontakt” bu inkişafın önündə
gedən şirkətlərdən biridir. Bu mövqeyi qorumaq üçün müştərilərin gözləntilərinə
cavab verməli, bəzən isə gözlədiklərindən də yaxşısını təklif etməliyik.
Yenilənmiş sayt üzərində 10 ay işləyərkən hər detalı bu baxışla
qiymətləndirmişik. Bizim bəyəndiyimiz həllin müştəri üçün də rahat olduğuna
əmin olmaq vacib idi. Bunun üçün həm dünyadakı yenilikləri izlədik, həm də öz
müştərilərimizi dinlədik.”
Ödəniş üçün də bir neçə seçim var. Alışı hissələrə bölmək və krediti
onlayn rəsmiləşdirmək mümkündür. Bank kartı, taksit kartı və Apple Pay ilə həm
saytda, həm də sifarişi kuryerdən alarkən ödəniş etmək olar. Nağd ödəniş isə
sifarişi qəbul edərkən edilir.
Kontakt.az-dan onlayn sifarişlərdə pulsuz çatdırılma imkanı var. Əsasən
smartfonları əhatə edən seçilmiş məhsullar isə 2 saata pulsuz çatdırılır.
Şərtlərə uyğun istifadə edilmiş məhsulları 7 gün ərzində dəyişmək mümkündür. Bu
imkan əsasən məişət texnikasına aiddir. Onlayn alınmış məhsullar qablaşdırması
zədələnmədikdə, qaytarma şərtlərinə uyğun olaraq 30 gün ərzində geri qaytarıla
bilər.
Eyni məhsul başqa rəsmi dilerdə daha ucuz olduqda, müvafiq şərtlərlə
qiymət fərqinin 120%-i qaytarılır. “Kontakt” bütün brend və tərəfdaşlarla rəsmi
əsaslarla əməkdaşlıq edir. Məhsullar rəsmi zəmanətlə təqdim olunur.
Yenilənmiş sayt və xidmətlərin şərtləri ilə kontakt.az ünvanında tanış
olmaq mümkündür.