Nizami Rayon İcra Hakimiyyətində 15 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib.
Manset.az xəbər verir ki, müşavirədə rayon
ictimaiyyəti, idarə, müəssisə və təşkilat rəhbərləri, siyasi partiya və ictimai
birliklərin nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər.
İlk öncə müşavirə iştirakçıları Ulu Öndər Heydər Əliyevin
büstü önünə güllər qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və
suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirələrinin
bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan müşavirədə Rayon İcra Hakimiyyətinin
başçısı Coşqun Cəbrayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn
vəzifələrə dair geniş məruzə ilə çıxış edib.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra
keçirilən ilk qurultay olması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Qurultaydakı tarixi, proqram
xarakterli nitqi qarşımızda tamamilə yeni hədəflər və strateji vəzifələr
qoymuş, müstəqilliyi, dövlətçiliyi, güclü iqtisadi və hərbi potensialı, öz
imkanlarımızdan maksimum istifadə etmək imkanlarını, həmçinin mənəvi dəyərlərin
qorunmasını, təbliğat və ideoloji işin düzgün qurulmasını dövlət siyasətinin dəyişməz
ana xəttinin əsas istiqamətləri kimi müəyyən etmişdir.
Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən
irəli gələn vəzifələr və bu istiqamətdə görülməli tədbirlər barədə müşavirə
iştirakçılarına geniş məlumat verib.
Vurğulanıb ki, möhtəşəm Zəfər və regionda yaradılmış yeni
reallıqlar nəticəsində keyfiyyətcə
tamamilə yeni bir dövrünü yaşayan ölkəmizdə bu gün hər bir dövlət qurumundan və
hər bir vətəndaşdan daha böyük məsuliyyət, yüksək peşəkarlıq və yenilənmiş fəaliyyət
mexanizmi tələb edilir. Güclü dövlət, möhkəm dövlətçilik, sağlam cəmiyyət və
savadlı, vətənpərvər nəsil Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır.
Bu dayaqları qorumaq və daha da möhkəmləndirmək isə bizim üzərimizə düşən əsas
vəzifədir.
Qarşıda duran vəzifələr böyük və məsuliyyətlidir, lakin bizim
güclü iradəmiz, vahid komanda ruhumuz və dövlətimizə sədaqətimiz var. Nizami
rayonunun bütün idarə, müəssisə və təşkilatları, hüquq-muhafizə orqanları və
ictimaiyyət nümayəndələri birgə səylərlə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli
gələn vəzifələri və tapşırıqları ləyaqətlə icra edəcək, qazanılmış uğurlara öz
layiqli töhfələrini verəcəklər.
Müşavirədə həmçinin 32 nömrəli tam
orta ümumtəhsil məktəbinin direktoru Sevda Abdullayeva, 220 nömrəli məktəb-liseyin
ingilis dili müəllimi, Əməkdar müəllim Nahidə Hüseynova, Nizami Tibb Mərkəzinin
rəhbəri Vəfa Hüseynzadə, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal
Cəfərov, Vətən müharibəsi şəhidi Kənan Süleymanlının anası Səadət Şirəliyeva və
Vətən müharibəsinin qazisi, polkovnik-leytenant Zöhrab Vəliyev çıxış edərək, dövlətimizin
başçısının Qurultaydakı çıxışında müasir Azərbaycanın növbəti mərhələdəki
inkişaf prioritetlərini aydın şəkildə müəyyən edildiyini bildirib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin
icrası istiqamətində həyata keçirilməli tədbirlər barədə məlumatlar veriblər.