Naxçıvanda dövlət qurumlarına aid ilk rəsmi internet səhifəsi “GOV.AZ” zonasına köçürüldü

13:01 - 29 Dekabr 2022

Naxçıvanda dövlət qurumlarına aid ilk rəsmi internet səhifəsi “GOV.AZ” zonasına köçürüldü

Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Manset.az xəbər verir ki, bu barədə XRİTDX-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ilkin olaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin (nmincom.gov.az) rəsmi internet səhifəsinin “GOV.AZ” domen zonasına köçürülməsi məqsədilə Xidmətin əməkdaşları tərəfindən müvafiq təhlillər aparılıb. Saytın audit yoxlamaları aparıldıqdan sonra zonada yerləşdirilməsi təmin edilib.

Muxtar Respublikada 11 dövlət qurumunun rəsmi internet səhifəsi Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən yenilənib. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin (nnk.gov.az), Ali Məhkəməsinin (nsupremecourt.gov.az), Mərkəzi Seçki Komissiyasının (nmsk.gov.az), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (neco.gov.az), Kənd Təsərrüfatı Nazirliyinin (nagro.gov.az), Energetika Dövlət Xidmətinin (nminenergy.gov.az), Dövlət İmtahan Mərkəzinin (ndim.gov.az) internet səhifələrinin audit yoxlamaları aparıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi planlı olaraq həyata keçirilməkdədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az